KANAL24.AZ
Az Iw En Ru

Rusiya Ukraynanın hərbi təyyarəsini vurdu

Bu gün Qara dənizdə Odessa qaz yatağının üzərində Ukrayna Hərbi dəniz qüvvələrinin AN-26 hərbi nəqliyyat təyyarəsi atəşə tutulub.

 UNİAN agentliyi xəbər verir ki, bu haqda Ukrayna Hərbi dəniz qüvvələrinin qərargahından bildirilib.

Məlumata görə, təyyarəyə Rusiyanın Qara dəniz donanmasına məxsus gəminin göyərtəsindən atıcı silahlarla atəş açılıb. Ukrayna təyyarəsinin korpusu zədə alıb, amma ekipaj heyəti zərər çəkməyib.

Uçuşun həyata keçirildiyi ərazi Ukraynaya aiddir. Məlumata görə, AN-26 silah və döyüş sursatı ilə təchiz olunmamışdı


02:20 02.02.2017
Xəbər lenti
Bütün xəbərlər