KANAL24.AZ
Az Iw En Ru

Xəstəxana müdirinin morqda meyitlərlə çəkdiyi SELFİSİ yayıldı

Antalyanın Qazipaşa mahalında dövlət xəstəxanası müdirinin morqda meyitlə çəkdiyi selfiləri ortaya çıxıb.

Hürriyet xəbər verir ki, ifadəsinin ardından sərbəst buraxılan müdir F.Ş. haqqında məhkəmə və inzibati istintaq başladılıb.

Məlumata görə, xəstəxana müdiri dünən günorta saatlarında təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb. İfadəsi alındıqdan sonra sərbəst buraxılan F.S-nin "Mən vəzifəmdən irəli gələrək xəstəxananın hər yerinin fotosunu çəkərək axsaqlıqları aşkar etməyə çalışıram. Bu fotolar da eyni məqsədlə çəkilib" dediyi öyrənilib.

F.S.-nin xəstəxanadakı vəzifəsinə davam etdiyi bildirilir.


02:06 02.02.2017
Xəbər lenti
Bütün xəbərlər