KANAL24.AZ
Az Iw En Ru

Şəhərdə terror planlaşdıran qadın tutuldu

İstanbulda PKK-yla bağlı istintaq prosesi zamanı təşkil edilən əməliyyatda bir şübhəli saxlanılıb. Kamikadze olduğu deyilən şübhəlinin terror aktı törətməyə hazırlıq gördüyü deyilir.

Milliyet  xəbər verir ki, İstanbul Terrorla Mübarizə və Kəşfiyyat İdarəsinin əməkdaşları PKK terror təşkilatının üzvü olan bu qadının İstanbulda yaşadığı haqda məlumat sonrası təqibə başlayıblar.

Aparılan təqiblərin ardından 26 yanvar tarixində Kadıköydə müəyyən edilən ünvana təşkil edilən əməliyyatda Xədicə S. (32) nəzarətə alınıb.

Sorğuya aparılan Xədicə S.-in 2015-2016-ci illərdə PKK-da təxribat və kamikadzeliyi öyrəndiyi ortaya çıxıb. Bir müddət İstanbula gəldiyi öyrənilən Xədicə S. -nin terror planlaşdırdığı iddia edilir.


01:08 02.02.2017
Xəbər lenti
Bütün xəbərlər