KANAL24.AZ
Az Iw En Ru

Altımərtəbəli bina ÇÖKDÜ: 5 ölü, 40 yaralı

Hindistanın Uttar Pradeş ştatında tikilməkdə olan altımərtəbəli binanın çökməsi nəticəsində 5 nəfər həlak olub, təqribən 40 nəfər hələ də dağıntıların altında qalıb.

Hindistanın ANI agentliyinə istinadən xəbər veririk ki, bu barədə yerli hakimiyyət orqanları məlumat verib.

İnsident Kanpur şəhərinin ətrafında baş verib. Hadisə yerində milli fövqəladə vəziyyətlərə reaksiya qüvvələrinin əməkdaşları işləyir.

İndiyə qədər dağıntılar altından 3 nəfər xilas edilib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, dağıntılar altında 30-40 nəfər ola bilər.

Qəzanın başvermə səbəbləri araşdırılır. İlkin məlumatlara görə, təxminən bir ildir inşaat işləri gedən binanın çökməsinə zəif özül səbəb ola bilər.


00:51 02.02.2017
Xəbər lenti
Bütün xəbərlər