KANAL24.AZ
Az Iw En Ru

Hər kəsi aldatdı - "Survivor" iştirakçısının qanında DOPİNQ TAPILDI

London-2012 Olimpiya Oyunlarında Türkiyənin boks üzrə millisinin şərəfini qorumuş 31 yaşlı Adəm Kılıççının qanında dopinq aşkar edilib.

 

 

 

 

Milli.Az xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsindən edilən açıqlamada 69-75 çəki dərəcəsində döyüşən və 5-ci yerə çıxan Kılıççının diplomu, qanında testosteron (turinabol) adlı qadağan edilmiş maddə aşkar edildiyi üçün əlindən alınıb.

Qeyd edək ki, Adəm Kılıççı hal-hazırda davam edən "Survivor" yarışmasında "Məşhurlar" komandasının tərkibində mübarizə aparır.


23:32 01.02.2017
Xəbər lenti
Bütün xəbərlər