KANAL24.AZ
Az Iw En Ru

Yaponiyadan Trampa cavab: "Biz pulla oynamırıq"

ABŞ prezidenti Donald Trampın Yaponiyanın pul bazarıyla oynamasına dair ittihamlarına cavab gecikmədi.

G20 iqtisadiyyatları arasında rəqabət məqsədiylə valyuta nisbətlərinin hədəf alınmamasına dair razılaşma var.

Yaponiyanın baş naziri Shinzo Abe bildirib ki, Yaponiya Mərkəz Bankının (BoJ) yeni zəiflətməsi iddiaları doğru deyil. Abe “BoJ”un uyğun siyasətlə qiymət hədəfinə çatmağa çalışdığını vurğulayıb.

Yaponiyanın hökumət spikeri Yoshihide Suga isə bildirib ki, Yaponiya Mərkəz Bankının pul siyasətini yumşaltması yenin məzənnəsi ilə manipulyasiya etmək demək deyil. Bank qiymət sabitliyini təmin etməyi qarşısına məqsəd qoyub.

Yaponiyanın G7 və G20 razılaşmalarına uyğun siyasət yeritdiyini irəli sürən spiker deyib ki, təktərəfli pul vahidi hərəkətlərinə qarşı siyasətlərində dəyişiklik yoxdur.

Qeyd edək ki, Tramp Çin və Yaponiyanı pul bazarı ilə oynamaqda ittiham etmişdi.


20:31 01.02.2017
Xəbər lenti
Bütün xəbərlər