KANAL24.AZ
Az Iw En Ru

Prokuror prezidenti məhkəməyə verdi

San-Fransisko şəhərinin prokuroru “sığınacaq-şəhərlər” haqqında fərmanına görə, prezident Donlad Trampa qarşı iddia irəli sürüb. ABŞ-da öz ərazisində federal miqrasiya hakimiyyətinin fəaliyyətini məhdudlaşdıran və qanunsuz mühacirləri deportasiya üçün verməyən şəhərlər “sığınacaq-şəhərlər” adlanır. 

Life-agentliyi xəbər verir ki, iddiaçı məhkəmədən prezidentin fərmanını konstitusiyaya müvafiq olmadığını təsdiqləməyi xahiş edib. Fərman ölkənin əsas qanununun 10-cu dəyişikliyini pozur. Bundan başqa, San-Fransisko prokuroru əmindir ki, Trampın administrasiyası “sığınacaq-şəhərləri” cinayətkarları gizlətməkdə nahaq yerə ittiham edir. Belə ki, söhbət cinayətlərdən getdiyi halda, şəhər administrasiyası hakimiyyət ilə sıx əməkdaşlıq edir. 

Yanvarın 25-də ABŞ prezidenti Donald Tramp “sığınacaq-şəhərlərin” federal subsidiyalardan məhrum edilməsini tələb edən fərman imzalayıb, şəhər administrasiyası bu vəsaiti həm də asayişin qorunmasına xərcləyir


20:18 01.02.2017
Xəbər lenti
Bütün xəbərlər