KANAL24.AZ
Az Iw En Ru

SƏRT QƏRAR: Facebook şifrəsini verməyən ölkəyə girə bilməyəcək

ABŞ prezidenti Donald Trampın miqrantların ölkəyə girişinə qadağa qoyan qərarından sonra atılan sərt addımlar narazılıqları daha da artırıb.

Qaçqınların işi üzrə vəkil Mana Yegani sudanlı ABŞ vətəndaşının aeroportda Facebook şifrəsinin alınaraq hesabında araşdırma aparıldığını, iranlı turistin isə bu araşdırmadan sonra ölkəyə buraxılmadığını bildirib.

Trampın sözçülərindən olan Stefen Miller isə açıqlamasında bildirib ki, sərhəd keçid-məntəqələrində təhlükəsizlik məqsədi ilə təkcə sosial şəbəkə hesabları araşdırılmayacaq, digər bu kimi tədbirlər də tətbiq olunacaq.

Əldə edilən məlumatlara görə, bu tədbirlər çərçivəsində sərnişinlərin Google, Microsoft, İOS kimi hesabları üzərindən sosial şəbəkələrdəki hərəkətləri, son ziyarət etdikləri səhifələr yoxlanılacaq.(Qafqazinfo)


20:12 01.02.2017
Xəbər lenti
Bütün xəbərlər