KANAL24.AZ
Az Iw En Ru

Trampın bu qərarı Ermənistanda fəlakətə səbəb olacaq

Ermənilərin ABŞ-dan deportasiyası başlanıb.

ABŞ prezidenti Donald Trampın miqrantların qəbulunda məhdudiyyətlərin qoyulması ilə bağlı fərman imzalamasından sonra bu ölkəyə girmək istəyən ermənilər saxlanılıb.

Amerika Erməni Milli Komitəsinin (ANCA) məlumatına görə, ermənilər üçün vəziyyət kritik olaraq qalır.

Ermənistanın “Qraparak” qəzeti isə Avropa ölkələrindən deportasiya olunmuş erməninin dünən axşam İrəvan aeroportuna endiyi haqda məlumat yayıb.

“Miqrasiya siyasətinin kəskinləşməsi ermənilərin ABŞ-dan və Avropa ölkələrindən Ermənistana qayıtmasını sürətləndirəcək. Rusiyada vəziyyət yaxşılaşmasa, oradakı ermənilər də qayıtması istisna deyil. Bu, Ermənistanın böyük böhranla üzləşməsi deməkdir”, - deyə qəzet yazıb.(Publika.az)


19:56 01.02.2017
Xəbər lenti
Bütün xəbərlər