Dövlət Dumasının ardınca Rusiya Federasiya Şurası da “Türk axını” razılaşmasını təsdiqləyib.
Rusiya KİV-i xəbər verir ki, Rusiya və Türkiyə layihə ilə bağlı hökumətlərarası razılaşmanı hələ ötən ilin oktyabrın 10-da imzalamışdılar.
Layihəyə görə, biri Türkiyə bazarını, digəri isə Avropa bazarını qazla təmin edəcək iki magistral boru xəttinin çəkilişi nəzərdə tutulub.(Qafqazinfo)