KANAL24.AZ
Az Iw En Ru

Amerika kreyseri yapon limanında saya oturdu

Amerikanın “Antietam” kreyseri texniki nasazlıq səbəbindən Yaponiyanın Yokosuka limanında saya oturub.   

Bu barədə “Star and Stripes” nəşri məlumat yayıb. 

“Tikeneroqa” tipli kreyserlə hadisə yanvarın 31-də Tokio körfəzində olarkən baş verib. Hadisə nəticəsində hidravlik yağın dənizə sızması baş verib.

Zədələnmiş gəmi limana gətirilib. “Antietam” gəmisinin heyəti arasında xəsarət alan yoxdur. Hazırda ətraf mühitə dəyən zərərin aradan qaldırılması istiqamətində iş aparılır. 


19:34 01.02.2017
Xəbər lenti
Bütün xəbərlər