KANAL24.AZ
Az Iw En Ru

BMT Təhlükəsizlik Şurası Ukraynaya görə təcili toplanır

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası bu gün qapalı rejimdə Ukraynanın şərqində münaqişənin kəskinləşməsini müzakirə edəcək.

SİTA agentliyi  xəbər verir ki, bu haqda Təhlükəsizlik Şurasına sədrlik edən İsveç nümayəndəsi Olafa Skuqa bildirib.

Diplomatın sözlərinə görə, müşavirə Kiyevin təşəbbüsü ilə çağırılıb.

Qeyd edək ki, son iki gün ərzində Donetsk vilayətində vəziyyət gərginləşib. Son məlumatlara görə, Ukrayna ordusu ilə separatçı qüvvələr arasında döyüşlər davam edir.


04:07 01.02.2017
Xəbər lenti
Bütün xəbərlər