KANAL24.AZ
Az Iw En Ru

ABŞ kürd müxalifətinə zirehli texnikalar göndərib

Silahlı müxalifət qüvvələri alyansı - "Suriya demokratik qüvvələri" bəyan edib ki, Donald Tramp vəzifəsinin icrasına başlayandan sonra ABŞ-ın rəhbərliyi altında antiterror koalisiyası Suriyadakı müttəfiqlərinə dəstəyi artırıb və ilk dəfə olaraq onlara zirehli texnikalar tədarük edib.

Bu barədə RİA Novosti məlumat verir.

Müxalifət nümayəndəsi Təlal Selo "Reuters" agentliyinə bildirib ki, zirehli texnika və zirehli nəqliyyatlar 4-5 gün əvvəl çatdırılıb.

Onun sözlərinə görə, texnikanın sayı az olsa da, bu, yeni dəstəyi göstərir: "Biz bundan əvvəl belə dəstək almamışıq. Buna qədər, əsasən, yüngül silahlar və döyüş sursatları göndəriblər".

Qeyd edək ki, alyans, əsasən, kürd bölmələrindən ibarətdir.


02:45 01.02.2017
Xəbər lenti
Bütün xəbərlər