KANAL24.AZ
Az Iw En Ru

Argentina məhkumluğu olan xarici vətəndaşların ölkəyə girişini məhdudlaşdırdı

Argentina hökuməti miqrasiya qanunvericiliyini sərtləşdirib və məhkumluğu olan xarici vətəndaşların ölkəyə girişinə məhdudiyyət qoyub. 

TASS agentliyi xəbər verir ki, müvafiq prezident fərmanı bazar ertəsi “Boletín Oficial de la República Argentina”da dərc edilib. 

Sənədə görə, narkotik vasitələrin satışı ilə əlaqədar cinayətlərə aidiyyəti olan və ya Argentinada üç ildən artıq həbs cəzası alan xarici vətəndaşlar ölkəyə gələ bilməzlər. Sərhədi saxta sənədlərlə keçməyə cəhd edən və məhkumluğunu gizlədən vətəndaşlar ölkəyə beş il müddətinə buraxılmayacaqlar.    

Bundan başqa, fərman Argentina ərazisində cinayət törədən vətəndaşların deportasiya proesedurunu sadələşdirir. Bundan sonra digər dövlətlərin vətəndaşlarına dair hökm çıxdıqdan sonra onlar avtomatik olaraq yaşayış hüququndan məhrum olunacaq və ölkədən deportasiya ediləcəklər. İstisnalar yalnız yüngül cinayət törətmiş xarici vətəndaşlar üçün ola bilər. 


23:53 31.01.2017
Xəbər lenti
Bütün xəbərlər