KANAL24.AZ
Az Iw En Ru

Hələbin cənubundakı qaz emalı zavodu fəaliyyətini bərpa edib

Suriyanın Hələb şəhərinin cənubundakı qaz emalı zavodu bərpa edilib və sutkalıq 5000 qaz balonunun sınaq istehsalına başlanılıb.

RİA “Novosti”nin verdiyi xəbərə görə, bu barədə Hələb qubernatoru Huseyn Diyab obyektin təftişindən sonra məlumat verib.

“Ramusdakı qaz emalı zavodu bərpa edilib və qaz balonlarının istehsalına və doldurulmasına başlanılıb. Zavod altı ay əvvəl terrorçuların hücumu nəticəsində güclü dağıntıya məruz qalıb.", - qubernator jurnalistlərə söyləyib.

 


23:41 31.01.2017