KANAL24.AZ
Az Iw En Ru

NATO-dan Rusiyaya qarşı YENİ HƏMLƏ

"2017-ci ilin fevralında NATO-ya üzv ölkələrin müdafiə nazirləri Qara dəniz regionunda hərbi gücün artırılması üzrə tədbirlər paketini bəyənəcək".

RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

“Tədbirlər NATO-nun regional mövqelərinin quruda, havada və dənizdə möhkəmləndirilməsini nəzərdə tutacaq”, - deyə Stoltenberq vurğulayıb.

Xatırladaq ki, hələ ötən il NATO-nun baş katibi hərbi alyansın Qara dənizdə gücünü və imkanlarını genişləndirmək niyyətində olduğunu bəyan edib.

“Qara dəniz regionu avroatlantik təhlükəsizliyi üçün vacib bir açardır. Biz Rusiyanın Qara dəniz regionunda iştirakının genişləndirilməsini, eləcə də Krım yarımadasının intensiv hərbiləşdirilməsi görürük. NATO Qara dəniz regionunda iştirakını artırmaq qərarına gəlib. Biz regionda və Qara dənizdə mövcudluğumuzu gücləndirəcəyik”, - deyə o bildirib.

Yens Stoltenberq 2016-cı il oktyabr ayında verdiyi bəyanatında deyib ki, NATO-ya üzv olan 6 ölkə - Kanada, Almaniya, Niderland, Polşa, Türkiyə və ABŞ alyansın Qara dənizdə güclənməsi prosesində iştirak edəcək.

Rusiya isə təsir zonası hesab etdiyi Qara dənizdə NATO-nun istənilən fəallığına qarşı çıxır.


23:34 31.01.2017
Xəbər lenti
Bütün xəbərlər