KANAL24.AZ
Az Iw En Ru

Kanadanın baş naziri Kvebekdəki məsciddə baş verən atışmanı “qorxaq hücum” adlandırıb

Kanadanın baş naziri Castin Trüdo Kvebekdə məsciddə baş verən atışmanı "qorxaq hücum" adlandırıb və hücum qurbanları və onların ailələri barədə düşündüyünü bildirib.

Bu barədə RİA “Novosti” xəbər verir.

"Bu gün kanadalılar Kvebekdə məsciddə törədilən qorxaq hücum nəticəsində həlak olanları anırlar. Düşüncələrim qurbanlar və onların ailələri ilədir.”, - Trüdo özünün “Twitter” səhifəsində yazıb.

Bundan əvvəl KİV Kanadanın Kvebek şəhərinin islam mədəniyyət mərkəzinin rəhbərinə istinadla şəhərdəki məsciddə baş verən atışma nəticəsində 5 nəfərin öldüyü barədə məlumat verib.

“Radio Canada”nın məlumatına əsasən, Kvebekdəki islam mədəniyyət mərkəzi şəhərin “böyük məscidi” adlandırılır.


18:13 30.01.2017