KANAL24.AZ
Az Iw En Ru

Dünyanı "ayağa qaldıran" xəbərlə bağlı RƏSMİ AÇIQLAMA

Dünən Suriya prezidenti Bəşər Əsədin xəstəxanaya yatırılması, komaya düşməsi ilə bağlı xəbərlər yayılıb.

"Hürriyet" bildirir ki, bu barədə məlumatı "Al Jazeera"in məşhur müxbiri Faisal əl-Qəssəm Tvitter hesabında yayıb. O iddia edib ki, Əsəd komadadır. Əl-Qəssəm Tvitter-lə paylaşdığı məlumatla bütün dünyanın diqqətini çəkib.

Suriya höküməti yayılan xəbərlərlə bağlı Feysbuk-da açıqlama yayıb. Onlar qeyd edib ki, yayılan xəbərlər əsassızdır, prezidentin sağlamlığı ilə bağlı problemi yoxdur.


18:06 30.01.2017