Türkiyənin Diyarbəkir vilayətində bir qrup terrorçular ərzaq mağazasına əldəqayırma qumbara ataraq hadisə yerindən qaçıblar.
"Haber 7"nin verdiyi məlumata görə, hadisə yerinə dərhal polis və təcili yardım əməkdaşları cəlb olunub.
Bildirilir ki, partlayış nəticəsində xəsarət alan yoxdur.
Polis qaçan terrorçuların yaxalanması üzrə əməliyyat aparır.