KANAL24.AZ
Az Iw En Ru

Erməni rəqibi 15 yaşlı Nəzrinin qarşısından qaçıb

Ermənistan kikboks yığmasının üzvü Anoska Akokulyan "Qəzəbli mələk" ləqəbli Azərbaycan kiqboksçusunun qarşısından qaçıb.

"Şimal xəbərləri"nin məlumatıa görə bu dəqiqələrdə Gürcüstanın paytaxtında K-1, Tay Boksinq və Kikboksinq üzrə beynəlxalq turnir davam edir. Azərbaycan yığmasının tərkibində Xaçmaz Azad Kikboksinq klubunun üzvü, "Qəzəbli mələk" ləqəbli və 15 yaşlı Nəzrin Əskərova da iştirak edir. Onun erməni rəqibi Anoska Akokulyan "Qəzəbli mələk"lə qarşılaşmaqdan imtina edərək özünü rüsvay edib. Nəticədə Nəzrin Əskərova gürcüstanlı kikboksçu ilə qarşılaşmalı olub.
"Qəzəbli mələk" rəqibini böyük üstünlüklə məğlub edərək birincilik qazanıb və öz çəki dərəcəsində çempion olub.


06:13 30.01.2017
Xəbər lenti
Bütün xəbərlər