KANAL24.AZ
Az Iw En Ru

Federer 5-ci dəfə "Australian Open" çempionatının qalibi oldu

İsveçrəli tenisçi Rocer Federer 5-ci dəfə "Australian Open" çempionatının qalibi oldu.

"RİA Novosti"nin  verdiyi məlumata görə, Federer turnirin finalında ispan Rafael Nadal ilə görüşüb. Matç 3 saat 37 dəqiqə davam edib və 6:4, 3:6, 6:1, 6:3 hesabı ilə isveçrəlinin xeyrinə yekunlaşıb.

Beləliklə, Federer karyerasında 18-ci dəfə Böyük Dəbilqə turnirinin qalibi oldu.

Qeyd edək ki, Rocer Federer bundan əvvəl "Australian Open" çempionatının 2004, 2006, 2007 və 2010-cu illərdə qalibi olub.


02:12 30.01.2017
Xəbər lenti
Bütün xəbərlər