KANAL24.AZ
Az Iw En Ru

Bu gün əfsanəvi hakimimizin doğum günüdür

Bu gün Azərbaycanın tanınmış futbol hakimi Tofiq Bəhramovun ad günüdür.

Goal.az xəbər verir ki, ən parlaq futbol hakimimiz 1925-ci ilin 29 fevralında Bakıda anadan olub. O, dünya futbol tarixində adı stadiona verilən yeganə hakimdir. O, 1966-cı ildə dünya çempionatının final matçında (İngiltərə - Almaniya – 4:2) laysman olub. Bu görüşdə hesab 2:2 olarkən İngiltərənin lehinə verdiyi qərarla futbol tarixinə düşüb. Tofiq Bəhramov 1993-cü ildə Bakıda dünyasını dəyişib.

Allah rəhmət eləsin!

 Tofiq Bəhramovla bağlı 10 maraqlı fakt

 

1. Tofiq Bəhramov "Neftçi" klubunun futbolçusu olub. Lakin ayağından aldığı zədə karyerasına erkən son qoyması ilə nəticələnib.

 

2. Bəhramov keçmiş SSRİ-də avrokubokların finalında hakimlik etmiş ilk referi kimi də tarixə düşüb.

3. O, Nikolay Latışevdən sonra dünya kubokunun final mərhələsində hakimlik etmiş ikinci, Avropa kubokunun final oyununu idarə edən birinci sovet hakimi olub.

4. 1966-cı ildə Dünya çempionatı çərçivəsində keçirilən Almaniya- İngiltərə oyunu Tofiq Bəhramovun adını tarixə yazdırıb. Final oyununda Cefri Hertsin mübahisəli qolunu qeydə alan Bəhramovun bu qərarının doğruluğu videogörüntülər sayəsində məlum olub. Oyundan sonra hakim kraliça II Yelizavetanın şəxsən təqdim etdiyi "Qızıl ilahə" və "Qızıl fit" mükafatlarına layiq görülüb.

5. Tofiq Bəhramovun 85 illik yubileyi ərəfəsində İngiltərədə üzərində "Qara geyimdə olan əfsanəvi şəxsiyyəti unutmayacağıq" sözləri yazılan köynəklər satışa çıxarılıb.

6. London şəhərindəki futbol muzeyində Tofiq Bəhramovun bürünc heykəlciyi var.

7. 15 il ərzində idarə etdiyi oyunların heç birində referi oyunçuya qırmızı vərəqə göstərməyib.

8. Tofiq Bəhramov dünyanın 52 ölkəsinə səfər etsə də, heç vaxt Almaniyada olmayıb.

9. İngilis yazıçısı Artur Hopkraft özünün ən məşhur "Futbol adamı" kitabını Tofiq Bəhramova həsr edib.

10. Azərbaycanın əsas futbol arenası Tofiq Bəhramovun adını daşıyır. 2004-cü ildə isə dünyada hakimlər içərisində ilk dəfə məhz onun adına abidə ucaldılıb. Mərasimdə FİFA prezidenti Yozef Blatter, icraiyyə komitəsinin üzvü Mişel Platini, Ceff Herst və digər görkəmli futbolçular iştirak ediblər.


22:11 29.01.2017
Xəbər lenti
Bütün xəbərlər