KANAL24.AZ
Az Iw En Ru

Qriqorçukun əmək haqqı 2 dəfə azaldılıb

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Ukraynada "Futbol" Tv-ə müsahibə verib.

O, hazırda bütün diqqətlərinin "Qarabağ"la oyuna yönəldiyini deyib: ""Qəbələ" tarixində heç vaxt 3-cü yerdən yuxarı qalxa bilməyib. Ancaq nəzərə alsaq ki, komanda iki ildir ardıcıl Avropa Liqasının qrup mərhələsində çıxış edir, mən bunu böyük nəticə sayıram. "Qəbələ" üçün ikinci yer yaxşı nəticə olacaq. Ancaq 2-ci yer, birinci yer deyil. Çempionluq çempionluqdur". 


Ukraynalı mütəxəssis "Qəbələ"nin Avroliqanın qrup mərhələsində 1 xal qazanmamasına da aydınlıq gətirib: "Biz "Mainz", "Saint-Etienne" və "Anderlecht"dən nəinki geri qalırıq, hətta başqa qütblərdəyik. Maddi mənada da xeyli güclənməliyik".  

Qriqorçuk "Qəbələ"nin büdcəsinin azaldılması məsələsinə də münasibət bildirib: "Dəqiq rəqəm deməyəcəm. Çünki bu mənim işim deyil. Sadəcə onu deyə bilərəm ki, bəli, büdcə azaldılıb". 

"Qəbələ"nin baş məşqçisi futbolçuların və məşqçilərin əmək haqqının azaldığını təsdiqləyib. O, öz əmək haqqının təxminən 2 dəfə azaldığını bildirib. 

Roman İosifoviç "Qəbələ"də qalan iki ukraynalı futbolçu - Dmitri Bezotosnı və Vitali Vernidubun xeyli artırdığını deyib: "Bir çox insanlar belə peşəkarlığı öyrənməlidirlər. Dmitri artıq 30 yaşını keçib. Onun yaşı artdıqca, oyun küyfiyyətləri yüksəlir. İstəyirəm ki, Bezotosnı 50 yaşına kimi oynasın". 

Qriqorçuk son vaxtlar başına gələn maraqlı hadisələrdən də danışıb: "Bir gün "Qəbələ"nin əvəzedicilərinin oyununa baxmağa gəldim. Jurnalistlərdən biri yaxınlaşdı ki, "olar kameraya oyun haqqında bir neçə kəlimə danışasınız?". Müsahibə verdiyim yerdə bir nəfər yaxınlaşır və deyir, sizdə alışqan yoxdur? Stadionda nə qədər desən adam var, get birindən soruş da". 


06:59 29.01.2017
Xəbər lenti
Bütün xəbərlər