"Neftçi" heyətini yeni oyunçu ilə gücləndirib.
Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov açıqlama verib.
Klub rəsmisi bildirib ki, "ağ-qaralar" fransız hücumçu Huqo Barqası transfer edib.
Argentina vətəndaşlığı da daşıyan oyunçu ilə 1.5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Barqasın son komandası Boliviyanın "Bolivar" klubu olub.