KANAL24.AZ
Az Iw En Ru

Millimizin daha bir rəqibi müəyyənləşdi

Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan millisinin çıxış edəcəyi 2-ci qrupda mübarizə aparacaq dördüncü komanda müəyyənləşib.

AFFA-nın saytına istinadən verdiyimiz xəbərə görə, yığmamızın rəqibi Albaniya millisi olub.

Albanlar  ilkin seçmə mərhələnin D qrupunda 1-ci yeri tutmuş Albaniya yığması 2017-ci il aprelin 3-dən 12-dək Bakıda keçiriləcək əsas seçmə mərhələdə çıxış etmək hüququ qazanıb. 

Xatırladaq ki, millimizin digər rəqibləri Macarıstan və Bosniya və Herseqovina yığmalarıdır.


01:04 29.01.2017
Xəbər lenti
Bütün xəbərlər