KANAL24.AZ
Az Iw En Ru

"Arsenal"dan alman futbolçuya 60 milyonluq təklif

Dortmund "Borussiya"sının üzvü Marko Roys karyerasını İngiltərədə davam etdirə bilər.

"Arsenal" 27 yaşlı futbolçudan əl çəkmir.

"Topçular" yenidən Roysla danışıqlara başlayıblar. London klubunun rəhbərliyi bu keçidin baş tutması üçün 60 milyon avro xərcləməyə hazırdır.
 
"Arsenal" rəsmiləri Roysu yayda komandadan ayrılacağı gözlənilən Aleksis Sançesə əvəzləyici qismində düşünürlər.
 
Qeyd edək ki, 2012-ci ildən dortmundluların formasını geyinən Roys 2011-ci ildən Almaniya yığmasına da çağırılır. 


23:29 28.01.2017
Xəbər lenti
Bütün xəbərlər