KANAL24.AZ
Az Iw En Ru

PSJ-nin dəvət etdiyi Ronaldinyo: "Mənim üçün xüsusi klubdur"

"PSJ mənim üçün xüsusi klubdur. Məhz burada Avropa karyerama başlamışam".

Bunu Braziliya yığmasının sabiq futbolçusu Ronaldinyo deyib. 

Sabiq komandası PSJ-nin dəvəti ilə Fransaya yollanan "sambaçı" Liqa-1-in XXII turu çərçivəsində sabah "Monako" ilə keçiriləcək qarşılaşmanı tribunadan izləyəcək.
 
Paris təmsilçisinin rəsmi saytına danışan Ronaldinyo keçmiş klubu barədə müsbət fikirlər səsləndirib: "PSJ-yə böyük hörmətim və sevgim var. Yenidən bu klubun düşərgəsində olmaq mənim üçün xoşdur. Çoxlu sayda mükəmməl futbolçunu PSJ-də görmək əladır. Hamı bilir ki, PSJ hazırda dünyanın ən güclü futbol komandalarından biridir. Burada çoxlu dostum var. Tyaqo Silvanı dünyanın ən yaxşı müdafiəçilərindən hesab edirəm. Tyaqo Motta və Lukas Moura da karyeram ərzində birgə oynadığım ən yaxşı futbolçulardandır".
 
Qeyd edək ki, karyerası ərzində Avropada "Barselona" və "Milan" klublarında da oynamış Ronaldinyo 2001-2003-cü illərdə PSJ-nin formasını geyinib.


23:15 28.01.2017
Xəbər lenti
Bütün xəbərlər