KANAL24.AZ
Az Iw En Ru

"Barcelona" Messi və İniesta üçün 4 futbolçunu göndərə bilər

“Barcelona” Lionel Messi və Andres İnyesta ilə yeni müqavilə imzalamaq üçün 4 futbolçusu ilə dil tapmağa çalışır.

Yayda Luis Suares və Neymarla yeni anlaşma bağlayan katalon klubu La Liqa klubları üçün qoyulan limiti keçmək üzrədir. Belə ki, İspaniyada klubun büdcəsinin maksimum 70 faizi futbolçuların maaşlarına çıxıla bilər. Son çempion isə limiti keçməmək və Messi ilə İnyestanı komandada saxlamaq üçün 4 oyunçu ilə görüşəcək.

Rəhbərlik Vidal, Jeremi Matyu, İvan Rakitiçlə Arda Turandan maaşlarının azaldılmasını istəyəcək.

Bu halda həmin futbolçular komandada saxlanılacaq və Messi ilə İnyesta ilə də yeni saziş imzalanacaq. Maaşlarının azalmasına razı olmayan futbolçu özünə başqa komanda axtarmalı olacaq.


00:12 28.01.2017
Xəbər lenti
Bütün xəbərlər