KANAL24.AZ
Az Iw En Ru

Avtomobil su kollektoruna düşdü: yaralılar var

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Göyçay rayonu, Kürdəmiş kəndində avtomobilin su kollektoruna yuvarlanması nəticəsində yol-nəqliyyat qəzası baş verməsi barədə məlumat daxil olub.

FHN-i xəbər verir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış 2 nəfəri çıxarıblar. Onlar aidiyyəti üzrə təhvil veriliblər. Əməliyyat saat 01:37-də başa çatıb.


16:58 24.01.2017
Xəbər lenti
Bütün xəbərlər