KANAL24.AZ
Az Iw En Ru

Bakıda körpüdən atılan 55 yaşlı qadın dünyasını dəyişib

 Ötən gecə Bakı şəhəri Xəzər rayonu ərazisində 55 yaşlı qadın Mərdəkan körpüsündən naməlum maşından aşağı atılıb. Yaralı gecə saat 3 radələrində təcili tibbi yardım maşını ilə 3 nömrəli xəstəxanaya gətirilib.

Yaralı Məmmədova Sevda Yavər qızında kəllə-beyin travması, sol bud sümüyünün sınığı və müxtəlif bədən xəsarətləri aşkar edilib. 55 yaşlı qadın reanimasiya şöbəsinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinə göndərilib.

Faktla əlaqədar Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.


16:40 24.01.2017
Xəbər lenti
Bütün xəbərlər