KANAL24.AZ
Az Iw En Ru

Baş ağrıları olanlar bu qidalardan uzaq durun!

Nevrologiya sahəsində ixtisaslaşmış türkiyəli professor Kamil Topqaya yerli mediaya açıqlamasında miqren, şiddətli baş ağrılarından əziyyət çəkən insanların uzaq durmalı olduğu məqamları sadalayıb. Professorun açıqlaması yeni fikir və məsləhətləri ilə fərqlənməsi səbəbindən  yerli mətbuatda maraqla qarşılanıb. 
 
K. Topqaya başda miqren olmaqla, bir çox ağrıların qarşısını almaq üçün maqnezium tərkibli maddələri, B2 vitaminini, yoqa və meditasiyanı, düzgün yuxu rejimini məsləhət görüb. 
Amma mütəxəssis şiddətli baş ağrılarından əziyyət çəkənlərə bu qidalardan uzaq durmağı məsləhət bilib. Onun fikrincə, ağ və qırmızı şərab miqreni daha da artırır və beyin damarlarını sıxır. Həmçinin,  kolbasa və sosiska məhsulları baş ağrılarını gücəndirir, əlavə gərginlik yaradır. Baş ağrılarını artıran növbəti qidalar isə sitrus meyvələridir. Xüsusən də, başın ağrıdığı, damarların sıxıldığı anda sitrus meyvələrini yemək olmaz.

16:18 24.01.2017
Xəbər lenti
Bütün xəbərlər