KANAL24.AZ
Az Iw En Ru

Başqaları ilə məsləhətləşməyin nə kimi faydaları var?

İnsanınn başqaları ilə məsləhətləşməsi yersiz qürurunun sınmasına və başqalarına etimad etməsinə səbəb olar.

Möminlə məsləhət etmək şəkk və şübhələrin aradan getməsinə və yəqinə çatmağa səbəb olar.
Dinimizin nəzərinə görə, insanın məsləhətləşdiyi şəxsdə müəyyən xüsusiyyətlər olmalıdır. Belə ki, İmam Sadiq (ə) buyurur: "İşlərində o kəslə məsləhət et ki, onda bu sifətlər olsun:
1. Aqil.
2. Alim.
3. Təcürbəli.
4. Xeyirxah.
5. Təqvalı".
Başqaları ilə məsləhət etməyin bir çox faydaları vardır ki, onlarla tanış olaq:

1. İnkişaf. İmam Həsən Müctəba (ə) buyurur: "O dəstə (insan) ki, məsləhət edər, inkişaf və hidayət yoluna yönləndirilər". Bəli, başqaları ilə məsləhət etmək insanı düz yola hidayət edər və tərəqqi etməsinə səbəb olar.
İmam Əli (ə) buyurur: "Məsləhət etmək - yolu tapmaq kimidir".
Həzrət Əli (ə) başqa yerdə buyurur: "Hər kim aqil insanlarla məsləhət edər, onların ağlının nuru ilə aydınlanar və düz yola hidayət olar".

2. Qərar vermək qüdrətini gücləndirər. Başqaları ilə məsləhət etmək insanın qərar vermək qüdrətini gücləndirər və çətinliklərinin həll olmasına yardım edər. Bu cür insan müxtəlif fikirlər eşidər və qərar vermək üçün daha yaxşı fürsətlər əldə edər.

3. Peşmançılıqdan xilas olar. İmam Kazım (ə) buyurur: "Hər kim məsləhət edər, əgər düzgün əməl edərsə - təriflənər və əgər səhv edərsə - məzəmmət olunmaz".
İmam Sadiq (ə) buyurur: "Hər kim məsəhət edər, peşman olmaz".

4. Yersiz qürur aradan gedər. O zaman ki, insan başqaları ilə məsləhət edər, istər-istəməz etiraf edər ki, başqalarının düşüncələri onun düşüncəsindən daha yüksəkdir. Bu zaman yersiz qürur və təkəbbürdən xilas olar. İmam Əli (ə) Muhəmməd Hənəfiyyəyə yazdığı məktubda buyurur: "O kəs ki, özünü başqalarından ehtiyacsız bilər, təhlükəyə məruz qalar. O kəs ki, başqalarının nəzərlərini qəbul edər, təhlükəli yerləri tanıyar".

5. Özünə etimadı güclənər. Şübhəsiz ki, Əhli-Beytin (ə) öz səhabələri ilə məsləhətləşməsinin sirri bunda idi ki, onların şəxsiyyətini inkişaf etdirsin və özünə etimadı gücləndirsin. Bu yolla onları daxili güclərindən xəbərdar edirdi. Öz davamçılarına yardım edirdi ki, daxili güclərindən agah olub, ondan istifadə etsinlər.


15:59 24.01.2017
Xəbər lenti
Bütün xəbərlər