Kanadanın Saskaçevan əyalətində baş vermiş qəza nəticəsində 200 min litr xam neft zədələnmiş boru kəmərindən ətrafa axıb.
İnsident Stouton şəhərindən 10 m aralıda qeydə alınıb.
Boru kəmərinin "Tundra Energy Marketing" şirkətinə məxsus olduğu bildirilir. İlkin məlumata görə, insident zamanı ətraf mühitə ziyan dəyməyib.
Qəzanın səbəbləri araşdırılır.