KANAL24.AZ
Az Iw En Ru

Kişilər və qadınlar: Depressiyadan qurtulmanın fərqli yolları..

Britaniya alimləri bildiriblər ki, kişilər və qadınlar depressiyanın öhdəsindən fərqli yolla gəlirlər. İnsanların əksəriyyəti sakitləşməyi yeməkdə görür.

Müvafiq eksperimentdə 115 kişi və 250 qadın iştirak edib. Müəyyən edilib ki, zərif cinsin nümayəndələrinin yarıdan çoxu özünü sakitləşdirməyi yeməkdə görür, kişilər arasında belələri 30 faiz təşkil edir. Depressiyada olan qadınların 11 faizi, kişilərin isə 27 faizi pozğun həyat tərzi sürməyə başlayır.

Mənəvi sarsıntılardan sonra özünə gəlmək qadınlarla müqayisədə kişilər üçün daha asandır. Qızlar, bir qayda olaraq, yaşadıqları bütün hiss-həyəcan barədə rəfiqələrinə danışırlar ki, bu da onların stress halında olduqları dövrü uzadır.

Bir qayda olaraq, kişilər işdəki problemə, qadınlar isə şəxsi həyatdakı problemə görə psixoterapevtə müraciət edirlər. Bununla belə, kişilər mütəxəssisə qızlarla müqayisədə daha az müraciət edirlər. Kişilərin həyatla vidalaşma hallarına qadınlarla müqayisədə dörd dəfə çox rast gəlinir.


15:47 24.01.2017
Xəbər lenti
Bütün xəbərlər