KANAL24.AZ
Az Iw En Ru

Doğru bildiyimiz yanlışlar

Bütün dünyada insanların doğru hesab etdikləri, əslində, yanlış olan bir neçə məqam var.
Yazıda bu məqamlarla tanış ola bilərsiniz
 
Buğalar  qırmızı rəngə qıcıqlanır- ispan matadorlarının uydurduğu bir qaydadır. Əslində, qıcıq mənbəyi qaranlıqdan çıxarılan, azad edilən buğaya matadorun etdiyi hərəkətlərdir. Buğa azadlığının əlindən alınması üçün onu maneə gördüyündən üzərinə şığıyır.
 
Televizorlara yaxından baxmaq ziyandır- Rəngli televizorların təzə-təzə bazara çıxdığı dönəmlərdə edilən xəbərdarlıq idi. Lakin mütəxəssislər ekrana yaxından boylanmağın ziyanlı olmadığını qeyd edir. Hər halda, ziddiyyətli fikirdi.
 
Özümüzü pis hiss etdikdə C vitamini qəbul etməliyik- Bu fikir çox geniş yayılıb və buna riayət də edilir. Lakin bəzi məqamlarda C vitamini də kara gəlmir. Məsələn, soyuq dəyən insanlar halsızlıqdan xilas olmaq istədikdə C vitamini qəbul edə bilməz. Əks halda, durumları şiddətlənər.
 
Dəvəquşu qanunu- Deyilənlərə görə, dəvəquşu qorxu və təhlükə hiss edəndə başını torpağa basdırır. Hətta bu barədə maraqlı deyim də var- başını torpağa basdırıb, bədənindən xəbəri yoxdu. Ehtiyatsız insanlar üçün deyilir. Amma dəvəquşu da canlıdır və onun da instinktləri imkar verir ki, özünü təhlükədən tamamilə xilas etsin. Odur ki, heç zaman başını gizlədib, bədənini açıqda saxlamaz. O yalnız yumurtalarını gizləmək üçün başını qazdığı torpağın içinə salır. Bir növ həmin yumurtaların təhlükəsizliyini yoxlayır.
 
İphon telefonlarını gecə cərəyanda saxlamaq olmaz- Düzü, buna riayət edilsə, yaxşı olar. Amma gecə cərəyanda saxlanılan İphoneni heç bir ziyan gözləmir. Çünki ağıllı telefonlar tam şəkildə cərəyan yığdıqdan sonra enerji alış-verişinə həmən son qoyurlar.

15:39 24.01.2017
Xəbər lenti
Bütün xəbərlər