KANAL24.AZ
Az Iw En Ru

Rusiya ABŞ-a raket zərbəsi endirəcək?

“Nyu York Tayms” qəzetinin hakerlər tərəfindən ələ keçirilən “@NYTvideo” adlı Tvitter hesabında Rusiyanın ABŞ-a raket zərbəsi endiricəyi bildirilib.
 
Nəşrin Tvitter hesabına səhər saatlarında kiber hücumlar təşkil edilib.
 
“Son dəqiqə: Vladimir Putin ABŞ-a raket zərbələri endiricəyi ilə bağlı məlumat ötürüb” başlığı ilə paylaşılan xəbərdə Putinlə Trampın fotoları da yerləşdirilib və 1 saatdan sonra silinib.
 
Daha sonra sözügedən hesabdan yayılan açıqlamada, “Bu səhifədən bizim icazəmiz olmadan paylaşılan məlumatı sildik. Məsələ ilə bağlı araşdırma aparırıq”, deyə bildirilib

15:35 24.01.2017
Xəbər lenti
Bütün xəbərlər