KANAL24.AZ
Az Iw En Ru

Terror törətmək istəyən "canlı bomba" güllələndi

Livanın paytaxtı Beyrutun “Əl Hamra” küçəsində terror aktı törətməyə hazırlaşan “canlı bomba” saxlanılıb.
 
Həmin küçədə yerləşən “Costa Cafe” adlı bir məkana girərək, terror aktı törətmək istəyən “canlı bomba” təhlükəsizlik qüvvələri tərəfindən izlənilirmiş. 
 
O, terror törətməyə hazırlaşarkən polis tərəfindən vurulub. 
 
Məlumata görə, vurulan terrorçu ölməyib. O, yaralı halda ələ keçirilib və xəstəxanaya aparılıb. Xəstəxanada təhlükəsizlik tədbirləri artırılıb.

04:55 23.01.2017
Xəbər lenti
Bütün xəbərlər