KANAL24.AZ
Az Iw En Ru

Astanada Suriyaya dair danışıqların detallarının müzakirəsi başa çatıb

Qazaxıstanın paytaxtı Astana şəhərində Suriyaya dair danışıqlar ərəfəsində Rusiya, Türkiyə və İranın nümayəndə heyətlərinin məsləhətləşmələri başa çatıb.

Məlumatına görə, danışıqlar 5 saat yarımdan çox davam edib.

Rusiya və İranın ikitərəfli formatda davam etmiş 15 dəqiqəlik görüşünə sonradan Türkiyə nümayəndəsi də qatılıb. Müzakirələrdə hər 3 ölkədən bir nəfər iştirak edib.

Daha əvvəl bildirilirdi ki, tərəflər görüşdə Suriya danışıqlarının iştirakçılarına təqdim ediləcək sənədi hazırlamağa hazırlaşırlar.

Suriya danışıqlarına dair beynəlxalq görüş Astanada, yanvarın 23-də başlayacaq. Danışıqların 2 gün davam edəcəyi bildirilir. 

Artıq Qazaxıstanın paytaxtına Rusiya, İran və Türkiyənin nümayəndələri, habelə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Misturi gəlib.


04:36 23.01.2017
Xəbər lenti
Bütün xəbərlər