KANAL24.AZ
Az Iw En Ru

Qasırğa 15 adamı öldürdü - YENİLƏNİB

ABŞ-da yanvarın 21-dən tüğyan edən qasırğa nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

Bu barədə "The Weather Channel" məlumat verib.

Corciya ştatında qasırğa qurbanlarının sayı 11 nəfərə çatıb, 23 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
 
Təbii fəlakət ilə əlaqədar Missisipi ştatında fövqəladə vəziyyət elan edilib. Missisipi ştatının qubernatoru Fil Brayant qasırğa nəticəsində 50 nəfərin xəsarət aldığını bildirib.
 
Məlumata görə, təbii fəlakət həmçinin Luiziana, Alabama və Texas ştatlarında fəsadlar törədib


04:01 23.01.2017
Xəbər lenti
Bütün xəbərlər