KANAL24.AZ
Az Iw En Ru

Bütün əcnəbilərin barmaq izi götürüləcək

Rusiya Daxili İşlər Nazirliyinin ölkəyə girən bütün xaricilərdən barmaq izi alaraq məlumat bazası yaratmağı planlaşdırdığı qeyd olunur.
 
Rusiya Daxili İşlər Nazirliyi Miqrasiya İdarəsinin rəhbəri Olqa Kirillova "Rossiya 24" telekanalına verdiyi açıqlamada nazirliyin ölkəyə girən bütün əcnəbilərin barmaq izi verməsini zəruri hala gətirməyi planlaşdırdığını açıqlayıb.
Kirillova "Hazırda dəyişikliklə bağlı işlər görülür.  Rusiyaya gələnlərin barmaq izi verməsini zəruri hala gətirməyi və məlumat bazası yaratmağı planlaşdırırıq. Bu, yalnız işçi miqrantlara deyil, ölkəyə bütün giriş edənlərə tətbiq ediləcək" deyib.

03:41 23.01.2017
Xəbər lenti
Bütün xəbərlər