KANAL24.AZ
Az Iw En Ru

Solist terroru dəstəklədiyi üçün həbs olundu

İspaniya Ali Məhkəməsi "Def con Dos" adlı musiqi qrupununun solisti Sezar Avqusto Montana Lehmanna 1 il həbs cəzası verib.

"Anadolu" agentliyi xəbər verir ki, məhkəmənin qərarına səbəb müğənninin 2013-ci ilin noyabrından 2014-cü ilin yanvarınadək "Twitter" hesabında ETA ə GRAPO terror təşkilatlarını (1 Oktyabr Antifaşist Dirəniş Təşkilatı) dəstəkləyən və terror qurbanlarına qarşı alçaldıcı ifadələrin yer aldığı paylaşımları olub.

Prokurorluq müğənniyə 1 il 8 ay cəza verilməsini tələb etsə də, Milli Məhkəmə keçən ilin iyul ayında ona bəraət verib, lakin dövlət ittihamçısı qərarla razılaşmayaraq protest verib.

İspaniya Ali Məhkəməsi isə solistə 1 il həbs cəzası verib, eyni zamanda fəaliyyətinə 6 il 6 ay müddətinə qadağa qoyub.


03:08 20.01.2017