KANAL24.AZ
Az Iw En Ru

İfra kəndi terrorçulardan azad olundu

 Suriya ordusu “Cəbhat Fəth əş-Şam” (keçmiş “Cəbhat ən-Nusra”) terror qruplaşmasının Dəməşq əyalətindəki mühüm istinadgahlarından birinə - İfra kəndinə nəzarəti geri qaytarıb.

Bu barədə ölkə hökumətinə yaxın “Al Vatan” qəzeti yazıb.

Qəzetin məlumatına əsasən, hərbçilər hazırda yaxınlıqdakı rayonlarda gizlənə biləcək terrorçuların axtarışını həyata keçirirlər.

İstehkam briqadalarının ekstremistlərin bir qayda olaraq özlərindən sonra qoyduqları kustar üsulla hazırlanmış partlayıcı qurğuların zərərsizləşdirilməsi ilə məşğul olduğu bir vaxtda Silahlı Qüvvələrin ön cəbhədəki dəstələri artıq yeni hüdudlara doğru irəliləyir.

 


02:40 20.01.2017