KANAL24.AZ
Az Iw En Ru

Türkiyə dağılarsa, təkcə bir ölkə deyil, bir tarix, bir mədəniyyət dağılmış olar - Ərdoğan

"Son 1,5 il ərzində PKK terror təşkilatı ilə mübarizədə 971 hərbçi və polisimiz şəhid olub."

“Haberler”in  verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

O bu müddət ərzində ölkədə törədilən terror hadisələrində 330 dinc sakinin həyatını itirdiyini əlavə edib: “Türkiyə dağılarsa, təkcə bir ölkə dağılmış olmaz, bir tarix, bir mədəniyyət, bir inanc və mədəniyyət qalası dağılmış olar. Bu səbəblə birlikdə daha çox işləməliyik.

Təkcə separatçı terror təşkilatına qarşı mübarizədə 971 əsgər, polis və 330 mülki vətəndaşımızı şəhid verdik. Buna qarşılıq 10 minə yaxın terrorçu zərərsizləşdirildi. 12 min terrorçu və ona kömək edənlər həbs olundu. 15 iyulda 248 şəhidimiz, 2193 qazimiz oldu. FETÖ-yə qarşı əməliyyatlarda 43 min nəfər həbs edildi.


02:31 20.01.2017