KANAL24.AZ
Az Iw En Ru

Britaniya Rusiya ilə müharibəyə hazırlaşır?

Böyük Britaniya ordusu Rusiya ilə mümkün müharibəyə hazırlıq çərçivəsində təlim keçirib.

 “The Sun” nəşri xəbər verir ki, təlimlər çərçivəsində La-Manş boğazındakı tunel vasitəsilə zirehli texnika partiyası Fransaya göndərilib.

Nəşr qeyd edir ki, təlimlər Şərqi Avropada NATO-nun operativ reaksiya güclərinin möhkəmləndirilməsi üçün təşkil edilib. Britaniya ordusunun rəhbərliyi materikdə qoşunların ani genişlənməsinin yeni üsullarını axtarır. Çünki Britaniyanın Almaniya ərazisindəki bazası bir neçə il sonra bağlanacaq.

“Ordu kontinental Avropaya hərbi texnikanın nəqli üçün La-Manş boğazındakı tuneldən istifadə imkanını yoxladı. Bu, bizə Böyük Britaniya silahlı qüvvələrinin portativliyini artırmağa imkan verəcək”, - deyə krallığın Müdafiə Nazirliyindən bildirilib.

Məlumatda əlavə edilir ki, zəruri olduqda hərbi texnika bərələr və hava nəqliyyatının köməyi ilə çatdırıla bilər.


00:32 20.01.2017