KANAL24.AZ
Az Iw En Ru

Medvedevdən Rusiya üçün QORXUNC PROQNOZ

“Sanksiyalar və neftin aşağı qiymətləri ortamüddətli perspektivdə dəyişməyəcək”. SİTA agentliyinə istinadən xəbər veririk ki, bu haqda hökumətin iclasında Rusiyanın baş naziri Dmitri Medvedev bildirib. “Biz hər halda, mühafizəkar proqnoza əsaslanacağıq. İqtisadiyyatın xarici risklərə uyğunlaşmasından keçmək lazımdır”, - deyə hökumət başçısı vurğulayıb. Dmitri Medvedev qeyd etdi ki, hökumət üçün ən vacib məsələ üzərinə götürdüyü sosial öhdəlikləri yerinə yetirməkdir.
21:39 19.01.2017