KANAL24.AZ
Az Iw En Ru

Günümüzə çatan hədislərin çoxunu bu insan toplayıb

Muhəmməd ibni Əbi Əmir İmam Sadiqin (ə) və İmam Kazımın (ə) ən üstün şagirlərindən idi. Bu gün bizim əlimizə çatan hədislərin əksər hissəsi onun tərəfindəndir. Muhəmməd ibni Əbinin künyəsi Əbu Əhməddir. Ancaq çox zaman onu atasının künyəsi ilə çağırardılar ki, xülasə şəklində İbni Əbi Əmir deyərdilər.

Babası İsa ilk İslama gəlmiş şəxsiyyətlərdən idi. Şeyx Tusinin dediklərinə görə, atası Ziyad ibni İsa, Əzəd qəbiləsindən idi.
Muhəmməd ibni Əbi Əmir Bağdadda dünyaya gəlmiş və orada yaşayıb, orada da vəfat etmişdir. Onun peşəsi parça satmaq idi. İbni Əmirin 94-ə qədər kitabları olmuşdur. O cümlədən: "Ənnəvader-kəbir", "İmamə", "Mətə", "Əl-istitaqə".
Nəql edilir ki, qazilik etməyi qəbul etməyinə və imtina etdiyinə görə onu həbs edir və zindanda işgəncə edirlər. Ona 100 şallaq vururlar. O, taqətini itirir.
Bəzi tarixçilər onun zindanda qalmaq zamanını 4 il yazırlar. Ancaq təfsir əhli olan Əli ibni İbrahim onun 17 il zindanda qaldığını nəql edir ki, bu müddətdə bütün mal-dövləti aradan getmişdi.
Bu alimin iki üstün xüsusiyyəti olmuşdur:
1. Güclü hafiz idi ki, 40- a qədər kitabı hifz etmişdi.
2. Misilsiz ibadət ruhiyyəsinə malik idi və səcdələrinin uzun olması ilə məşhur olmuşdu.
Allahın inayəti və Muhəmməd ibni Əbi Əmirin səyi nəticəsində Əhli-Beyt (ə) elm və maarifinin dəyərli əsərləri indiyə qədər bizim əlimizə gəlib çata bilmişdir. Bu kitablarda təxminən 645 hədis nəql edilmişdir.
Bu görkəmli şagird böyük İmamlar (ə) tərəfindən tərbiyə edilmiş və dövrünün böyük fəqihlərindən hesab olunmuşdur.


15:25 19.01.2017
Xəbər lenti
Bütün xəbərlər