KANAL24.AZ
Az Iw En Ru

Gecə klubunda atışma - 5 ölü

Meksikanın cənub-şərqində gecə klublarından birində baş vermiş atışma nəticəsində azı 5 nəfər ölüb.

TASS-a istinadən verdiyimiz məlumata görə, atışma nəticəsində yaralananların sayı azı 9 nəfər göstərilir.

Atışma zamanı gecə klubunda "Blue Parrot" elektron musiqi festivalı keçirilirmiş.

Məlumata görə, naməlum şəxs kluba daxil olaraq atəş açıb. Ölənlər arasında 3 nəfər klubun mühafizəçisinin olduğu bildirilir.

Cinayətin motivləri hələ məlum deyil.


03:19 17.01.2017