İndoneziyanın Sumatra adasında Rixter cədvəli ilə 5,7 bal gücündə zəlzələ baş verib.
Xarici KİV-ə istinadən verdiyimiz məlumata görə, yeraltı təkanların episentri Kabancahe şəhərindən 18 kilometr şimalda, yerin 10 kilometr dərinliyində olub.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanların olub-olmaması barədə hələ məlumat verilməyib.