Türkiyənin Təhsil Nazirliyi Çarlz Darvinin təkamül nəzəriyyəsini məktəblər üçün tədris proqramından çıxarıb.
Bu barədə “Haberturk” məlumat yayıb.
Dəyişikliklər 2017-ci ildə qüvvəyə minəcək. 12-ci sinif üçün biologiya dərsliyindən “Həyatın yaranması və təkamül” fəsli çıxarılacaq. Onun əvəzinə şagirdlər ətraf mühitin canlı varlıqlara təsirini öyrənəcəklər.