KANAL24.AZ
Az Iw En Ru

Çeçenistanda 60 İŞİD-çi tutuldu

Çeçenistan Respublikasında İŞİD terror qruplaşması ilə bağlı olan təxminən 60 döyüşçü xüsusi əməliyyat nəticəsində saxlanılıb.

Bu haqda “İnterfaks” agentliyinə Şimali Qafqaz federal dairəsinin güc strukturlarındakı mənbə bildirib.

Daha 4 döyüşçü xüsusi əməliyyatın gedişatında öldürülüb. “İnterfaks”ın həmsöhbətinin sözlərinə görə, genişmiqyaslı xüsusi əməliyyat Kurçaloyevsk rayonu, Şalinski rayonunun bir neçə yaşayış məntəqəsi, həmçinin Qroznıda keçirilib.


22:22 16.01.2017